Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 42,178 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 14,343 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,6 % çoxdur.
4 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 0,9 % azalaraq 2,405 milyard ABŞ dollarına düşüb, apreldə isə 11,2 % artaraq 677 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 280 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,4 % çox), Böyük Britaniya 167 milyon ABŞ dolları (0,05 % az) və İtaliya 162 milyon ABŞ dolları (11,4 % çox) həyata keçirib.