"Turan Tovuz"un futbolçusu Alexandro Serrano Premyer Liqada 100-cü matçını keçirib

11 May 2026 11:46 (UTC+04:00)

Misli Premyer Liqasının XXXI turu "Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi "Karvan-Yevlax"la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu "Turan Tovuz"da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız "Qarabağ"ın sabiq futbolçusu Miçel buna nail olub.