Azərbaycan uşuçuları Avropa Çempionatında 15 medal qazanıblar - FOTOLAR

11 May 2026 10:37 (UTC+04:00)

Fransanın Lion şəhərində 5–10 may tarixlərində keçirilən Uşu üzrə 20-ci Avropa Çempionatında Azərbaycan Uşu Federasiyasının idmançıları uğurlu çıxış edərək ümumilikdə 15 medal qazanıblar.

SİA xəbər verir ki, yığma komandamızın aktivinə 7 qızıl, 5 gümüş və 3 bürünc medal yazılıb.

Qızıl medalçılar

Tunar Rüstəmzadə (48 kq, yeniyetmələr, Sanda)

Xəyal İbrahimov (52 kq, gənclər, Sanda)

Səid Süleymanov (56 kq, gənclər, Sanda)

Zaur Quluzadə (70 kq, gənclər, Sanda)

Əli Cabbarlı (56 kq, gənclər, Light Sanda)

Nihat Əsgərov (60 kq, gənclər, Light Sanda)

Elçin Eminov (70 kq, böyüklər, Light Sanda)

Gümüş medalçılar

Ömər Hüseyn (56 kq, yeniyetmələr, Sanda)

Məhəmməd Məmmədli (48 kq, gənclər, Sanda)

Elçin Muradov (56 kq, gənclər, Light Sanda)

Harun Samsur (75 kq, gənclər, Sanda)

Babək Hüseynov (100+ kq, böyüklər, Tuişou)

Bürünc medalçılar

Nadir Mikayılov (65 kq, gənclər, Sanda)

Bəylər Gözəlov (75 kq, Light Sanda)

Xədicə Soltanlı (48 kq, qadınlar)

Xüsusi olaraq qeyd edək ki, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminov yarışda bütün rəqiblərinə qalib gələrək 7-ci dəfə Avropa çempionu olub və növbəti dəfə Azərbaycan uşu tarixində əlamətdar uğura imza atıb.