Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində sonuncu oyununa çıxır

11 May 2026 09:12 (UTC+04:00)

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq.

SİA xəbər verir ki, komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gələcək.

Binə stadionundakı matç saat 12:00-da başlayacaq.

Xatırladaq ki, U-16 daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.