Suraxanıda yeniyetmə xilas edildi - FHN məlumat yayıb

11 May 2026 02:19 (UTC+04:00)

Suraxanı rayonu, MİDA 2 yaşayış kompleksinin ərazisində yeniyetmənin ayağı söhbətgahın dəmir barmaqlıqları arasında sıxışıb və çıxara bilməyib.

SİA xəbər verir ki, bununla bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Əraziyə cəlb edilən xilasedicilər tərəfindən xilasetmə avadanlıqları tətbiq edilməklə vətəndaşın ayağı çıxarılıb.

Mətləb