Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident

10 May 2026 22:19 (UTC+04:00)

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edilib. SİA xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik".

Mətləb Salahov