Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:05 (UTC+04:00)

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunu 9 medalla başa vurublar. Son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb. Əjdər Bağırov 100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (90 kq) və Diana Tçkayeva (48 kq) da turniri bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (66 kq) qızıl, Elşən Əsədov (66 kq) gümüş, Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq) və Rüfət Şövlətov (73 kq) isə bürünc medal əldə ediblər. Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Mətləb