Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq

10 May 2026 00:19 (UTC+04:00)

Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq. Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Mətləb