Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib

9 May 2026 17:10 (UTC+04:00)

Azərbaycan Dövlət Xor Kapellası tərəfindən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90, kollektivin isə 60 illik yubileyi çərçivəsində 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib.

SİA xəbər verir ki, Filarmoniya bağında açıq havada təşkil olunan proqram Xor Kapellasının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ifa edilib.

Proqram çərçivəsində Azərbaycan xalq mahnıları - "Almanı atdım xarala”, “Həştərxana gedən gəmi”, “Səndən mənə yar olmaz” təqdim olunub.

Qeyd edək ki, yubiley ili münasibətilə keçirilən bu cür konsert proqramları milli musiqi irsinin təbliği, klassik və xalq musiqisinin geniş auditoriyaya çatdırılması, eləcə də gənc nəslin estetik zövqünün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.