Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

9 May 2026 12:39 (UTC+04:00)

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunub.

SİA xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze Tbilisidəki Veteranlar Mədəniyyət və İstirahət Parkında Sovet İttifaqı Qəhrəmanı Meliton Kantarianın abidəsi önünə əklil qoyublar.

Veteranlar və digər vətəndaşlar bu günü qeyd etmək üçün Kikvidze Parkında toplaşıblar.

Baş nazir jurnalistlərə açıqlamasında deyib ki, faşizmə qarşı mübarizədə 300 min gürcü özünü qurban verib, yüz minlərlə gürcü cəbhədə vuruşub, hər bir qəhrəmanın xatirəsini yad etmək bizim borcumuzdur.