Bu qərar 4 iyula qədər təxirə salındı - Trampdan GERİ ADDIM

8 May 2026 22:03 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp növbəti dəfə təəcüblü addım atıb. D.Tramp elan edib ki, Avropa Komissiyası və Ağ Ev ticarət sazişi üzərində işi təsdiqləyib və Aİ avtomobillərinə tarif artımı 4 iyula qədər təxirə salınıb. Ağ Ev rəhbəri bu qərarının təxirə salınmasını sosial media hesabı olan Truth-da elan edib. O bu qərarını Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə "gözəl söhbət”dən sonra verib.

"Mən səbrlə Aİ-nin Şotlandiyanın Törnberri şəhərində əldə edilən tarixi ticarət sazişinin öz üzərinə düşən hissəsini yerinə yetirməsini gözləyirdim! Aİ-nin sazişin öz hissəsini yerinə yetirəcəyinə və razılaşdırıldığı kimi tariflərini sıfıra endirəcəyinə dair söz verildi!", - o yazıb. D.Trampın sözlərinə görə, söhbət zamanı tərəflər İrandakı vəziyyəti də müzakirə ediblər və Tehranın heç vaxt nüvə silahı əldə etməməsi barədə razılığa gəliblər.

Mətləb