Müasir beynəlxalq münasibətlər sistemində sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq ən mühümprioritetlərdən biri kimi çıxış edir. Azərbaycan Respublikasıda müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən regiondasabitliyin, mehriban qonşuluq münasibətlərinin və davamlıinkişafın tərəfdarı kimi çıxış edib. Xüsusilə son illərdəölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursugöstərir ki, Azərbaycan regional əməkdaşlığıngenişlənməsində, dayanıqlı sülhün təmin olunmasında vəyeni siyasi münasibətlər sisteminin formalaşdırılmasındamaraqlıdır.Prezident İlham Əliyevtərəfindən həyata keçirilən məqsədyönlü siyasətnəticəsində Azərbaycan bu gün beynəlxalq arenadaetibarlı tərəfdaş, sülhə və əməkdaşlığa sadiq dövlət kimitanınır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçünəsas yol qarşılıqlı hörmətə, beynəlxalq hüquqa vəkonstruktiv dialoqa əsaslanan münasibətlərdənkeçir.Azərbaycanın sülh gündəliyinəsadiqliyi xüsusilə postmünaqişə dövründə daha aydınşəkildə özünü göstərir. Ölkəmiz regionda yeni reallıqlarınformalaşdığını bəyan edərək əməkdaşlıq və inteqrasiyaçağırışları edib. Azərbaycanın təşəbbüsü ilə irəli sürülənsülh müqaviləsi layihəsi regionda uzunmüddətli sabitliyinəsasını təşkil edən mühüm siyasi addımlardan biridir. Bu yanaşma bir daha sübut edir ki, Azərbaycan revanşizm vəqarşıdurma deyil, məhz qarşılıqlı etimada əsaslanangələcək münasibətlərin tərəfdarıdır. Bu baxımdanPrezident İlham Əliyevin 2026-cı il mayın 4-də “AvropaSiyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantıformatında etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Prezidentİlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan regiondasülhün və təhlükəsizliyin təmin olunması üçün ardıcılsəylər göstərir və artıq yeni mərhələnin formalaşmasıistiqamətində mühüm addımlar atılır. Dövlət başçısı bildirdiki, Azərbaycan və Ermənistan arasında sülhün real olmasıartıq beynəlxalq səviyyədə də qəbul edilir.Prezident İlham Əliyev çıxışında həmçinin qeyd etdi ki, Azərbaycan “Avropa Siyasi Birliyi” platformasındakonstruktiv əməkdaşlığın tərəfdarıdır və ölkəmiz növbətiZirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsitəşəbbüsü ilə çıxış edib. 2028-ci ildə Zirvə toplantısınınAzərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasıisə ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaşkimi mövqeyinin göstəricisidir. Dövlətimizin başçısı buqərarın Azərbaycan ilə Ermənistan arasında sülhünmümkünlüyünü nümayiş etdirən mühüm mesaj olduğunuxüsusi vurğuladı. Azərbaycanınsülh gündəliyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ölkəmiz regionda nəqliyyat-kommunikasiya əlaqələrininaçılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerjitəhlükəsizliyinin təmin olunması və humanitarmünasibətlərin inkişafı istiqamətində də mühümtəşəbbüslərlə çıxış edir. Azərbaycanın həyata keçirdiyiirimiqyaslı enerji və logistika layihələri Avropa ilə Asiyaarasında etibarlı körpü rolunu oynayır və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan beynəlxalq hüquqa əsaslananmövqeyi, balanslı xarici siyasəti və humanist yanaşması iləregionda sülhün əsas təminatçılarından birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənsiyasət ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, bölgədə qarşılıqlı anlaşma və əməkdaşlıq mühitininformalaşmasına mühüm töhfələrverir. Bütünbunlar bir daha göstərir ki, Azərbaycan sülh gündəliyinəsadiqdir və regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Dövlətimizin həyata keçirdiyi siyasətCənubi Qafqazın sabit, təhlükəsiz və inkişaf edən məkankimi formalaşmasına xidmət edir. Məhz bu stratejiyanaşma Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizi qlobal dialoq platformalarında mühümtərəfdaş kimi ön plana çıxarır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.