"Əgər gəmilərimizə hücum etsələr, onlar havaya uçurulacaqlar" - Rubiodan XƏBƏRDARLIQ

8 May 2026 17:32 (UTC+04:00)

ABŞ-ın Dövlət katibi Marko Rubio yenə İran barədə danışıb. O bildirib ki, Vaşinqton təklif olunan planla bağlı bu gün İrandan cavab gözləyir. M. Rubio İtaliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında "İranın cavabını bu gün almalıyıq" deyə vurğulayıb. Dövlət katibi Tehranın hələ ki rəsmi cavab vermədiyini qeyd edərək, bu təklifin ciddi qəbul ediləcəyinə və real danışıqlar prosesinə zəmin yaradacağına ümid etdiyini bildirib.

Rubio ABŞ-nin hərbi dəniz donanmasına qarşı törədilə biləcək hər hansı İran hücumunun qarşısının qətiyyətlə alınacağını deyib. O, ABŞ gəmilərini təhdid edən qüvvələrin "məhv ediləcəyi" barədə xəbərdarlıq edib: "Əgər amerikalıları təhdid etsələr, onlar havaya uçurulacaqlar".

Mətləb