Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

8 May 2026 16:16 (UTC+04:00)

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ingilis dilində tədris alan bir nəfər isə 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları iki fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Bu imtahanda iştirakı nəzərdə tutulan 52 687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.