İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edib.
SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində nazir müavini Səməd Bəşirli və Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov nümayəndə heyəti ilə görüşüb.
Qonaqlara Zonanın investisiya mühiti, xüsusi hüquqi rejimi, təşviq mexanizmləri, hazır infrastruktur və logistik üstünlükləri diqqətə çatdırılıb, investisiya mühiti, xüsusi hüquqi rejimi, təşviq mexanizmləri, hazır infrastruktur və logistik üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, Zonada həyata keçirilən layihələr və görülən infrastruktur işləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırır.
M.Əl-Casir görülən işləri yüksək qiymətləndirərək, xüsusilə beynəlxalq hava limanı layihəsinin əhəmiyyətini vurğulayıb və "bir pəncərə" prinsipinin tətbiqinin investisiya mühitinin cəlbediciliyini artırdığını qeyd edib.
Nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitlə tanış olub, yüngül sənaye sahələri üzrə görülən işləri və ərazidə inşa olunan beynəlxalq hava limanının tikinti prosesini izləyib.