"Azərbaycan-Ukrayna münasibətləri hər zaman qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulub. Azərbaycan digər dövlətlərlə olduğu kimi, Ukrayna ilə də ikitərəfli əlaqələrini müstəqil şəkildə və öz milli dövlət maraqlarından çıxış edərək həyata keçirir".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu baxımdan Azərbaycan ilə Ukrayna arasında formalaşmış münasibətlərə üçüncü tərəflərin müdaxilə etməsi və ya bu əlaqələrə qərəzli yanaşma sərgiləməsi doğru deyil. Çünki iki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraqlara və uzun illər formalaşmış tərəfdaşlıq münasibətlərinə əsaslanır.
Ukrayna Azərbaycan üçün strateji tərəfdaş ölkələrdən biridir. İki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq uzun müddətdir uğurla davam edir. Eyni zamanda Ukrayna da hər zaman Azərbaycanla münasibətlərə xüsusi önəm verib.
Bu səbəbdən Azərbaycan hesab edir ki, heç bir dövlətin iki ölkə arasındakı münasibətlərə müdaxilə etmək və ya onlara təsir göstərmək hüququ yoxdur. Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir və tərəfdaş ölkələrlə əlaqələrini də məhz bu prinsip əsasında inkişaf etdirir.
Gələcəkdə də Azərbaycan-Ukrayna münasibətlərinin daha da inkişaf edəcəyi və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyi gözlənilir".