ADY: Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək

8 May 2026 13:35 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutunda Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin hərəkət cədvəlində mayın 8-dən dəyişiklik edilib.

SİA-ya ADY-dən verilən məlumata görə, Dərnəgül stansiyasının fəaliyyətə başlaması ilə qatarlar Bakı-Xırdalan-Bakı istiqaməti üzrə yenilənmiş qrafiklə hərəkət edəcək.