“Bu gün biz müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik. O, Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün misilsiz xidmətlər göstərmişdir”.
SİA xəbər verir ki, bu sözləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı deyib.
O bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınıb və sabitlik yoluna çıxıb.
Mahirə Nağıqızı qeyd edib ki, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqət xüsusi əhəmiyyət daşıyır: “O, gənclərin savadlı, vətənpərvər və müasir düşüncəli yetişməsini vacib hesab edirdi”.
O vurğulayıb ki, bu gün əsas vəzifə Heydər Əliyev ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Professor əlavə edib ki, Heydər Əliyevin irsi təkcə tarix deyil, həm də Azərbaycanın gündəlik inkişaf yol xəritəsidir.