Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq

7 May 2026 12:04 (UTC+04:00)

Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.

Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və S6 kateqoriyasında Abuzər Nəzərov, qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova təmsil edəcək.

Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.

Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.