"Azərbaycan Prezidenti İlham Əliyevin İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ölkəmizin həm İslam dünyası ilə strateji tərəfdaşlığının, həm də regional iqtisadi liderliyinin mühüm göstəricisidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2).jpg)
Görüşün digər strateji tərəfi Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 və ölkənin “yaşıl enerji” gündəliyi ilə birbaşa bağlıdır. İİB-in bərpa olunan enerji resurslarının mənimsənilməsi və aşağı karbonlu iqtisadiyyata keçid sahəsində Azərbaycanla əməkdaşlığı ölkəmizin qlobal ekoloji hədəflərə sadiqliyini İslam dünyasının maliyyə resursları ilə gücləndirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizləri üzərindəki logistik hab statusu bankın investisiya prioritetləri ilə tam üst-üstə düşür. Bu əməkdaşlıq təkcə infrastrukturun modernləşdirilməsi deyil, həm də regionun iqtisadi inteqrasiyasının dərinləşməsi deməkdir.
Azərbaycan artıq sadəcə vəsait cəlb edən ölkə deyil, həm də beynəlxalq maliyyə platformalarında layihələri istiqamətləndirən aktiv tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin bu diplomatik və iqtisadi addımı İslam həmrəyliyinin konkret iqtisadi nəticələrə transformasiya olunmasına, ölkənin qeyri-neft sektorunun inkişafına və azad edilmiş ərazilərin sürətli reabilitasiyasına yönəlib. İİB rəhbərliyinin Bakı səfəri Azərbaycanın beynəlxalq maliyyə reytinqlərindəki sabit mövqeyinin və gələcək birgə layihələrin miqyasının daha da genişlənəcəyinin göstəricisi kimi qiymətləndirilir".