Qazaxıstanın Baş naziri Bakıya gələcək

7 May 2026 02:20 (UTC+04:00)

Qazaxıstanın Baş naziri Oljas Bektenov mayın 17-22-də Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizə səfər edəcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Teleqraf-a açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ölkəsi sözügedən tədbirdə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq: "Qazaxıstan tərəfindən yüksək səviyyəli iştirak təmin olunacaq. Tədbirdə ölkəmizi Baş nazir Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək".

Mətləb