"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması..." - Xaçatryandan AÇIQLAMA

7 May 2026 01:20 (UTC+04:00)

Ermənistan Prezidenti Vaaqn Xaçatryan bəyan edib ki, Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb kəsişməsində unikal qovşağa çevrilə bilər. Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir.

“Bölgədə irəli sürülən təşəbbüslər, həyata keçirilən Orta Dəhliz və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerji resurslarının, fiber-optik kabellərin maneəsiz bağlantısı hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionumuzun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amilə çevrilə bilər”.
Mətləb