Bakıda türkiyəli nazirlə görüş keçirilib

7 May 2026 01:05 (UTC+04:00)

Türkiyə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub, Cəbrayıl rayonunda həyata keçirilən "Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik" layihəsi çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.

Mətləb