Şahbaz Şərif-dən Donald Tramp-ın qərarına dəstək

6 May 2026 16:33 (UTC+04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırmaq qərarı ilə bağlı, “Trampa cəsarətli liderliyi və vaxtında etdiyi açıqlama üçün minnətdaram” deyib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şahbaz Şərif sosial media hesabında verdiyi açıqlamada bildirib: “Hörmüz boğazındakı ‘Azadlıq Layihəsi’nə fasilə verilməsi ilə bağlı cəsarətli liderliyi və vaxtında etdiyi açıqlama üçün Prezident Donald Trampa minnətdaram. Prezident Trampın Pakistan və digər qardaş ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının və dəyərli qardaşım, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman-ın müraciətinə verdiyi bu nəzakətli cavab, bu həssas dövrdə regional sülh, sabitlik və uzlaşmanın irəliləməsinə böyük töhfə verəcək.”

Açıqlamasının davamında ölkəsinin diplomatiyaya sadiqliyini vurğulayan Şərif qeyd edib: “Pakistan münaqişələrin dialoq və diplomatiya yolu ilə sülh yolu ilə həllini və təmkinli yanaşmanı təşviq edən bütün səyləri dəstəkləməyə qətiyyətlə sadiqdir. Mövcud dinamikanın region və onun hüdudlarından kənarda davamlı sülh və sabitliyi təmin edəcək yekun razılaşmaya gətirib çıxaracağına böyük ümid bəsləyirik.”

ABŞ Prezidenti Donald Tramp isə sosial media hesabında paylaşım edərək “Azadlıq Layihəsi”nin qısa müddətə dayandırıldığını açıqlamışdı. Tramp paylaşımında qeyd etmişdi: “Pakistan və digər ölkələrin müraciəti əsasında, İrana qarşı həyata keçirdiyimiz əməliyyatlarda əldə etdiyimiz böyük hərbi uğurlar və eyni zamanda İran nümayəndələri ilə yekun razılaşma istiqamətində ciddi irəliləyiş əldə olunması səbəbilə, blokada qüvvədə qalmaqla, razılaşmanın yekunlaşdırılıb-imzalanmayacağını görmək üçün ‘Azadlıq Layihəsi’nin qısa müddətə dayandırılması barədə qarşılıqlı qərar qəbul etdik.”