DGK sədri Naxçıvanda vətəndaşları qəbul edib

6 May 2026 16:30 (UTC+04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

SİA komitəyə istinadən xəbər verir ki, qəbulda şəhərlə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri də iştirak edib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.