İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

6 May 2026 11:19 (UTC+04:00)

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir Azərbaycana səfəri çərçivəsində Qarabağa gedəcək.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 6-da Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı məlumat verilib.

Görüşdə qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.