Belarus Simonyana görə Ermənistana NOTA verdi - TƏCİLİ

5 May 2026 22:28 (UTC+04:00)

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyan bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb. “Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.

Mətləb