Ukraynanın Zaporojye vilayətinə Rusiyanın bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 2 nəfər yaralanıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilər zərbələrin endirildiyi yerlərdə bütün yanğın ocaqlarını söndürüblər.
"Fövqəladə Hallar üzrə Dövlət Xidmətinın psixoloqları 38 nəfərə kömək ediblər, onların arasında altı uşaq və iki yetkin şəxs var", - qurumdan əlavə edilib. Hadisə yerlərində bütün təcili xidmətlər fəaliyyət göstərir. Qəza-xilasetmə işləri davam edir.
Mətləb