Azərbaycan millisinin yoxlama oyunlarının yeri və vaxtı bəlli olub

5 May 2026 17:33 (UTC+04:00)

Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

AFFA-dan SİA-ya verilən məlumata görə, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.

Komanda iyunun 5-də Malta, 9-da isə San-Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.