"Azərbaycan geniş coğrafiyada mühüm söz sahibinə çevrilib" - ŞƏRH EDİLDİ

5 May 2026 15:59 (UTC+04:00)

"Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi Zirvə Toplantısı”nın 8-ci iclasında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq siyasi dialoq platformalarında fəal iştirakının növbəti göstəricisidir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqində mühüm rol oynayan etibarlı tərəfdaşdır:

"Avropa siyasi məkanında aparılan müzakirələrdə ölkəmizin mövqeyinin yüksək səviyyədə ifadə olunması Azərbaycanın artan nüfuzunun göstəricisidir. Dövlət başçısı öz çıxışında həm regional proseslər, həm də qlobal çağırışlar fonunda Azərbaycanın prinsipial və konstruktiv mövqeyini diqqətə çatdırdı. Bu isə onu göstərir ki, Azərbaycan yalnız regional deyil, eyni zamanda geniş coğrafiyada mühüm söz sahibinə çevrilib.

Eyni zamanda, Prezident İlham Əliyevin vurğuladığı kimi, dayanıqlı sülh və əməkdaşlıq yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq, dialoq və qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə töhfə verməyə davam edir. Bu cür beynəlxalq platformalarda Azərbaycanın fəal iştirakı ölkənin strateji maraqlarının qorunması və mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçımız çıxışında Avropa təsisatlarının əsasən də AŞPA və Avropa Parlamentinin ikitərəfli münasibətlərə zərər verdiyini, və sabotajla məşğul olduğunu diqqətə çatdırmaqla yanaşı, həm də gələcəkdə Azərbaycan Avropa İttifaqı münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf etməli olduğunu bildirdi".