“Türkiyə-Azərbaycan Mədəni Diplomatiya Görüş Proqramı” tədbiri keçrilib

5 May 2026 15:38 (UTC+04:00)

5 may tarixində Bakı şəhərində fəaliyyət göstərən Yunus Emre Enstitüsündə Erzurum Diplomasi Araştırmaları Merkezi nümayəndə heyəti ilə “Türkiyə–Azərbaycan Mədəni Diplomatiya Görüş Proqramı” keçirilib.
SİA xəbər verir ki, tədbirin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi və diplomatik əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.

Proqram çərçivəsində Bakı Yunus Emre Enstitüsünün koordinatoru Gökhan Seyhan, Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli və EDAM İdarə Heyətinin sədri Ergün Engin çıxış ediblər.

Tədbirdə həmçinin Sernaz Özden “Savunma Sanayiinde Ortak Kültürel Hafıza” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat bölməsində isə Ali Tayyip Engin “Türk Dünyasında Nevruz ve Hıdırellez”, Beyzanur Sarıgül “Türk Dünyasını Birleştiren Kadim Anlatılar”, Merve Deligöz isə “Dijital İpek Yolu - TRT Avaz ilə Ortak Mirasın İzinde” mövzularında məruzə ediblər.

Tədbir qarşılıqlı fikir mübadiləsi və mədəni əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunub.