Azərbaycan Cüdo Federasiyası I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil edəcək

5 May 2026 12:39 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.

Bu barədə SİA-ya ACF-dən məlumat verilib. Bildirilib ki, kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq və "IJF Academy"yə müraciət etmək istəyənlər mütləq kursdan keçməlidirlər.

Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.