DSMF: Apreldə 151 min 976 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb

5 May 2026 11:47 (UTC+04:00)

Cari ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 min 976 nəfər olub.

Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 114 min 956 nəfəri yaşa, 13 min 902 nəfəri əlilliyə, 23 min 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.