"İran gəmilərimizə hücum etsə, yer üzündən silinəcək" - Tramp yenə hədələdi...

5 May 2026 02:18 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranı hədəf alan yeni bəyanat yayıb. Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib ki, əgər İran Hörmüz boğazında ABŞ gəmilərinə hücum edərsə, bu ölkə yer üzündən silinəcək. SİTAT: "Tehran əvvəlki dövrlərlə müqayisədə danışıqlarda daha yumşaq və razılaşmaya meyilli davranmağa başlayıb. İran ya Vaşinqtonla vicdanlı razılaşmaya getməlidir, ya da hərbi əməliyyatlar davam edəcək."
Mətləb