Bu türk ölkəsində 12 tondan çox qaçaq qızıl aşkarlandı

5 May 2026 02:05 (UTC+04:00)

Qazaxıstanda qanunsuz dövriyyədən 12 tondan çox qızılın müsadirə edildiyi açıqlanıb. Ölkənin Daxili İşlər Nazirliyi aydınlaşdırıb ki, müsadirə edilən qızıl tərkibli material qanunsuz mədənçilik və filiz oğurluğu ilə bağlı istintaqın bir hissəsidir. DİN-in məlumatına görə, bu il Jambıl vilayətindəki Akbakay mədənində qanunsuz filiz hasilatı və oğurluğu ilə əlaqəli mütəşəkkil qrupa qarşı məhkəməyəqədər istintaq başa çatıb. Materiallar artıq işin baxıldığı məhkəməyə təqdim edilib.

Nazirlik həmçinin monitorinq zamanı aşkar edilmiş obyektə qanunsuz daxil olmaq cəhdinin qarşısının alındığını bildirib. DİN-in yaydığı məlumata görə, Jambıl, Ulıtau və Karaqanda vilayətlərindən olan və oğurluq kanalı yaratmaq niyyətində olan qrup üzvləri yaxalanıb.

Mətləb