Qurban Qurbanovun oğlu zədələndi

4 May 2026 23:27 (UTC+04:00)

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı bu gün Misli Premyer Liqasının 30-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirilən matçda zədə alıb. Belə ki, qarşılaşmanın 8-ci dəqiqəsində futbolçunun ayağı zədələnib. Bu səbəbdən o, Zubir ilə əvəzlənib. Qeyd edək ki, futbolçunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb.
Mətləb