Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri növbəti beynəlxalq yarışda ölkəni təmsil ediblər.
SİA xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.
A kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, B kateqoriyalı beynəlxalq dərəcəli referi Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.