Azərbaycanın çimərlik futbolu millisi Qazaxıstanla iki yoldaşlıq oyunu keçirəcək

4 May 2026 15:03 (UTC+04:00)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

AFFA-dan SİA-ya verilən məlumata görə, milli hazırlıq dönəmində - mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Yığmaya dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.