İsrail ABŞ-dən iki partiya F-35 və F-15 qırıcıları alıb

4 May 2026 14:22 (UTC+04:00)

İsrail on milyardlarla şekel (1 milyard şekel ~ 338 milyon dollar - red.) dəyərində iki F-35 və F-15 qırıcı eskadrilyasının alınmasını təsdiqləyib.

SİA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Kats "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, təyyarələrin alınması İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələrinin potensial tapşırıqlar qarşısında üstünlük imkanlarını təmin etməlidir.