İranlı Nobel mükafatı laureatı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

4 May 2026 12:55 (UTC+04:00)

İranlı insan haqları fəalı .

İranlı insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi səhhətində baş verən kəskin pisləşmədən sonra həbsxanadan İranın şimal-qərbindəki xəstəxanalardan birinə köçürülüb. Bu məlumatı Reuters 4 may bazar ertəsi günü bildirib.

Məhəmmədinin cümə günü səhhətində kəskin pisləşmə səbəbindən həbsxanadan Zəncan şəhərindəki ürək şöbəsinə köçürüldüyü bildirilir. Onun iki dəfə huşunu itirdiyi məlumdur. Müalicə oksigen terapiyası da daxil olmaqla, sabitləşmə ilə məhdudlaşır.

Nərgiz Məhəmmədi Fondunun məlumatına görə, onun xəstəxanaya köçürülməsi "səhhətində fəlakətli pisləşmə" ilə əlaqədardır.

Xatırladaq ki, Nərgiz Məhəmmədi həbsdə olarkən Nobel Sülh Mükafatını alıb. Bu mükafat İranda qadın hüquqları uğrunda mübarizəsinə və ölüm hökmünün ləğvinə çağırışlarına görə verilib. Ailəsi bildirib ki, insan haqları fəalı mart ayının sonlarında infarkt keçirib.

Fəal dekabr ayında vəkil Xosrov Əliqordinin ölümü ilə bağlı tənqidi açıqlamalarından sonra həbs edilib. Fevral ayında ona yeddi il yarım müddətinə yeni həbs cəzası verilib.