Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub

4 May 2026 12:08 (UTC+04:00)

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçı ölkələri məlum olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) SİA-ya bildirilib, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb. Son olaraq, xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.

Xatırladaq ki, iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.