Azərbaycan idmanının inkişaf yolu ölkənin ümumiictimai-siyasi və iqtisadi tərəqqisi ilə sıx bağlı olub. Xüsusilə müstəqillik dövründə bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilərək, həm beynəlxalqarenada nüfuzun artmasına, həm də sağlam cəmiyyətinformalaşmasına mühüm töhfə verib.Müasir Azərbaycan idmanının təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji xəttdayanır. Ulu Öndər idmanın yalnız fiziki inkişaf vasitəsideyil, eyni zamanda milli ruhun, vətənpərvərlik hissiningücləndirilməsi üçün mühüm amil olduğunu vurğulayırdı. Onun rəhbərliyi dövründə idman infrastrukturugenişləndirildi, gənclərin idmana cəlb olunmasıistiqamətində sistemli addımlar atıldı, beynəlxalq əlaqələrmöhkəmləndirildi. Bu siyasət nəticəsində Azərbaycanidmançıları beynəlxalq yarışlarda daha fəal iştirak etməyəbaşladılar və ilk uğurların əsasıqoyuldu.Bu strateji kurs bu gün dəuğurla davam etdirilir və inkişaf etdirilir. Prezident İlhamƏliyev tərəfindən idmana göstərilən diqqət və qayğınəticəsində Azərbaycan dünya idman xəritəsindəözünəməxsus yerini möhkəmləndirib. Ölkədə müasiridman kompleksləri tikilib istifadəyə verilib, regionlardaidmanın inkişafı üçün geniş imkanlar yaradılıb. Dövlətproqramları çərçivəsində idman federasiyalarının fəaliyyətigücləndirilib, peşəkar məşqçi heyətinin hazırlanmasınaxüsusi önəm verilib.Azərbaycanidmanının ən parlaq uğurlarından biri güləş sahəsində əldəolunan nəticələrdir. Tarixən ölkədə böyük ənənələrə malikolan güləş idman növü son illərdə daha da inkişaf edərək, Avropa və dünya səviyyəsində lider mövqelərdən birinitutub. Azərbaycan güləşçilərinin Avropa çempionatındakomanda hesabında çempion olması bu sahədə aparılanməqsədyönlü siyasətin real nəticəsidir. Bu qələbə yalnızidman nailiyyəti deyil, həm də milli qürur mənbəyi kimiqiymətləndirilir.Məhz bu böyükuğurun davamı olaraq Prezident İlham Əliyev çempiongüləşçiləri qəbul edərək onları təbrik etmiş, göstərdikləriyüksək nəticəyə görə minnətdarlığını ifadə etmişdir. Dövlətbaşçısı çıxışında idmançıların qazandığı qələbələrinAzərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmətetdiyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, bu cürnailiyyətlər gənc nəslə örnək olmaqla yanaşı, ölkədəidmanın daha da inkişafına stimul verir. Prezidentinidmançılarla səmimi görüşü və onlara göstərilən diqqət birdaha sübut edir ki, Azərbaycanda idman sahəsi dövlətsəviyyəsində daim dəstəklənir.Azərbaycan idmanınıninkişafında beynəlxalq tədbirlərin keçirilməsi də mühüm roloynayır. Bakı şəhərinin ev sahibliyi etdiyi mötəbər yarışlar– Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digərbeynəlxalq turnirlər ölkənin təşkilatçılıq qabiliyyətininümayiş etdirməklə yanaşı, idman turizminin inkişafına da töhfə verir. Bu tədbirlər Azərbaycanın dünya idmanailəsində nüfuzunu daha da artırır.Bütün bu nailiyyətlər onugöstərir ki, Azərbaycan idmanı davamlı inkişaf yolundadır. Dövlət siyasətinin ardıcıllığı, güclü maddi-texniki baza, peşəkar kadr hazırlığı və idmançılara göstərilən diqqətgələcək uğurlar üçün möhkəm zəmin yaradır. Bu günAzərbaycan idmançıları yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da öz sözlərini deyir, üçrənglibayrağımızı yüksəklərəqaldırırlar.Nəticə etibarilə, UluÖndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttinPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsiAzərbaycan idmanının davamlı və dinamik inkişafını təminedib. Qazanılan nailiyyətlər, xüsusilə güləşçilərin Avropaçempionatındakı tarixi qələbəsi və dövlət səviyyəsindəyüksək qiymətləndirilməsi ölkənin idman siyasətinindüzgün istiqamətdə qurulduğunu bir daha təsdiq edir. Azərbaycan idmanının gələcəyi isə bu möhkəm təməlüzərində daha parlaq uğurlarla zəngin olacağına böyükinam yaradır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.