FHN: Ötən həftə 127 yanğına çıxış olub, 37 nəfər xilas edilib

4 May 2026 09:39 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 127 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bidirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 4 nəfərin meyiti təhvil verilib.