İlk dəfə Superliqaya yüksəldilər, Ərdoğan onları təbrik etdi

3 May 2026 04:05 (UTC+04:00)

Futbol üzrə Türkiyə 1-ci Liqasında sonuncu turun oyunları keçirilir. Superliqaya vəsiqə uğrunda mübarizə aparan "Amedspor" səfərdə "İğdır"ın qonağı olub.

"İğdır" Şəhər Stadionunda baş tutan və altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Superliqaya vəsiqə qazanması üçün kifayət edib. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə kluba təbrik ünvanlayıb.

Mətləb