Slovakiyanın Azərbaycandakı səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur

2 May 2026 16:20 (UTC+04:00)

Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir.

SİA xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Həmkarlarımla (xarici diplomatik korpusun nümayəndələri mayın 1-2-də bölgəyə səfər ediblər - red.) birlikdə Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Qarabağa səfər etdik. Bərpa və inkişafın miqyası, templəri həqiqətən heyranedicidir və dəyərli biliklər verir", - E.Qasımov bildirib.