Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 39,1 % artaraq 152,364 milyon manata çatıb.
Beləliklə, 3 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 67 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 54,1 manat təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.
3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.