"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
SİA bu barədə AZAL-a istinadən xəbər verir.
Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.