Dünən Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb.
SİA xəbər verir ki, hadisə ötən gün rayonun Düyərli kəndində baş verib.
Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Müstəcər oğlu Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.