Xalq artisti Aygün Kazımova dünən keçirilməsi planlaşdırılan konsertini təxirə salıb. SİA xəbər verir ki, buna səbəb Pop kraliçasının səhhətində yaranan problem olub.
Bu haqda Kazımova özü məlumat yayıb. Müğənni bildirib ki, konsert başqa bir tarixdə keçiriləcək. Diva bu gün üçün alınan biletlərin növbəti konsertdə keçərli olacağını əlavə edib.