Kubaya qarşı sanksiyalar genişləndirildi - Trampdan QƏRAR

2 May 2026 01:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb. "Reuters"-in məlumatına görə, yeni məhdudiyyətlər Kuba hökumətinin təhlükəsizlik aparatını dəstəkləyən, eləcə də korrupsiyada və insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.

Qeyd olunub ki, fərman məhdudiyyətlər altına düşən şəxslərlə sövdələşmələrin həyata keçirilməsinə və ya onlara yardım göstərilməsinə görə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi imkanını nəzərdə tutur.

Mətləb